"Elektron hökumət" portalı ilə əməkdaşlıq sayəsində "Bank Avrasiya", "Molbulak" bank olmayan kredit təşkilatı kredit rəsmiləşdirilməsi üçün elektron arayış xidmətindən istifadəyə başlayıb.
Adı çəkilən bank və kredit təşkilatı kredit əməliyyatları prosesinə elektron arayışları daxil edərək vətəndaşlara daha rahat xidmət təqdim edəcək. Bu elektron xidmət vasitəsilə vətəndaş heç yerə getmədən, vaxt itkisinə yol vermədən onlayn rejimdə portala daxil olaraq sistem tərəfindən avtomatik formalaşdırılan arayışı elektron şəkildə banka, yaxud kredit təşkilatına ünvanlaya bilər.
Qeyd edək ki, hazırda "Elektron hökumət" portalının istifadəçiləri 18 adda arayışı "Elektron hökumət" portalına giriş olmaqla formalaşdırmaq və ötürmək imkanına sahibdir.