“Intel” şirkəti “Meltdown” və “Spectre” boşluqlarına qarşı daxili müdafiə sisteminə malik prosessorlar təqdim edəcək
Cari il “Intel” şirkəti tərəfindən təqdim ediləcək prosessorlar yanvarın əvvəlində aşkar edilmiş “Meltdown” və “Spectre” kritik boşluqlarına qarşı aparat səviyyəsində müdafiə sisteminə malik olacaq. Bu haqda şirkətin baş direktoru Brayan Krzaniç deyib.
“ICTnews” Elektron Xəbər Xidməti
hitech.vesti.ru saytına istinadən yazır ki, şirkət demək olar bütün prosessorlarda qeydə alınmış boşluqları aradan qaldırmaq üçün əlindən gələni edir. Çiplərdə "silisium səviyyəsi"ndə dəyişiklik ediləcək.
Xatırladaq ki, “Intel” şirkəti tərəfindən “Meltdown” və “Spectre” boşluqları üçün çıxarılmış ilk təhlükəsizlik paketi gözlənilən effekti vermədi: bir çox istifadəçilər əməliyyat sistemlərinin işində kəskin ləngimələr, həmçinin tez-tez baş verən yenidən yükləmələr haqda məlumat veriblər. Bundan sonra “Intel” şirkəti çatışmazlıqlarla bağlı iradları qəbul edərək təhlükəsizlik paketini quraşdırmamağı tövsiyə edib. Əvəzində yekun həlli gözləmək lazım gəldiyini nəzərə çatdırıb.
Emil Hüseynov