Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Süni intellekt mədə xərçəngi xəstəliyini 90% dəqiqliklə müəyyənləşdirir


Yapon alimləri tərəfindən hazırlanmış süni intellekt sistemi mədənin daxili görünüşü əsasında mədə xərçəngi xəstəliyinə 90% dəqiqliklə diaqnoz qoymağı öyrənib.

“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, mütəxəssislər müəyyən müddət ərzində xəstəliyin inkişaf mərhələsindən asılı olaraq inkişaf edən şişlərin şəkilləri əsasında bilik bazası yaradıblar. Bundan sonra sistem real şəraitdə sınaqdan keçirilib.

Nəticədə süni intellekt 90% halda düzgün diaqnoz qoymağa müvəffəq olub. Xəstəlik artıq ilkin dövr mərhələsini geridə qoyduğu və şiş daha aydın görsəndiyi halda aparatın dəqiqliyi yüksəlir. Belə olan halda diaqnostika üçün 1 dəqiqədən az vaxt lazımdır, “doğru cavablar” faizi isə 100-ə yaxınlaşır.

"Böyük ehtimalla gələcəkdə tibb sahəsində süni intellekt insanı əvəz edəcək və öz dəqiqliyi ilə ondan daha üstün olacaq. Hazırladığımız sistemin sınaqlarını davam etdirəcəyik və tezliklə təcrübədə tətbiqinə ümid edirik" – Saytama Qastroenterelogiya və Proktologiya İnstitutunun professoru Tada Tomoxiro deyib.

Emil Hüseynov





31/01/18    Çap et