“Google” süni intellekti xəstəlikləri diaqnozlaşdıracaq
ABŞ-ın “Google” şirkətinin mütəxəssisləri xəstəxana pasiyentlərinin xəstəliklərinə diaqnoz qoyan və xəstəliyin inkişafını proqnozlaşdıran süni intellektin yaradılması üzərində çalışırlar. “Google” ekspertləri ilə yanaşı, unikal layihə üzərində Çikaqo və Kaliforniya universitetlərinin tibb mərkəzlərinin əməkdaşları iş aparırlar.
“ICTnews” Elektron Xəbər Xidməti “
VistaNews” resursuna istinadən yazır ki, həkimlər tərəfindən “Google” şirkətinin mütəxəssislərinə 200 mindən çox pasiyentin xəstəlik tarixçəsi təqdim olunub. Əllə yazılan məlumatları oxuyan unikal texnologiya vasitəsilə neyron şəbəkələr onların şifrini açmağa nail olublar. Kompüter həkimlərin xəttini 100 faiz dəqiqliklə oxuyub ki, bu da “Google” əməkdaşlarının imkanı xaricindədir.
Məlumata görə, təqdim olunan məlumatların təhlilini aparan süni intellekt xəstəliyin əsas əlamətlərini müəyyənləşdirərək ikinci dərəcəli xəstəlikləri ayırıb. Nəticədə süni intellekt pasiyentlərin xəstəliklərini diaqnozlaşdırmaq bacarığına yiyələnib. Yaxın vaxtlarda mütəxəssislər tərəfindən kompüterə xəstənin ölüm vaxtının proqnozlaşdırılmasının öyrədilməsi planlaşdırılır.
Nizam Nuriyev