Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“EBay” rəhbəri Çinin internet siyasətini tənqid edib


“eBay”-ın prezidenti və icraçı direktoru Con Donaxyu Çin hakimiyyəti tərəfindən kibersahədə həyata keçirilən sərt nəzarət haqqında narazılığını ifadə edib.

Çin Xalq Respublikası (ÇXR) hökumətinin xarici informasiya agentlikləri və beynəlxalq hüquq müdafiəsi təşkilatlarının veb-nümayəndəlikləri yerli tələblərə cavab verməyən müvafiq məzmun yerləşdiriblərsə, blokladığı sirr deyil.

Cənab Donaxyunun sözlərinə əsasən, Çin faktiki olaraq ölkənin veb-seqmentini xarici şirkətlərdən qoruyan virtual divar yaradıb. “eBay” rəhbəri faktiki olaraq qeyd edir ki, ÇXR-in kibersahəsi yalnız yerli istehsalçılar və startaplar üçün açıqdır.




18/10/11    Çap et