Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

1 il ərzində “Google Play” mağazasından 700 min mobil proqram silinib


2017-ci ildə “Google” şirkəti “Play Store”dən 700 min zərərverici proqram silib. Bu göstərici 2016-cı illə müqayisədə 70% daha çoxdur. Bu halda şirkətin nümayəndələri iddia edirlər ki, belə proqramların 99%-i istifadəçilər tərəfindən quraşdırılmamış silinib. “Google” şirkəti mağazadan silinmiş proqramların yenidən yerləşdirilməməsi üçün saxtakar proqram yaradıcılarını aşkar edən xüsusi metodlar hazırlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “computerworld.ru” saytına istinadən yazır ki, “Google” şirkəti tərəfindən proqramların mağazadan silinməsinə səbəb olan ən geniş yayılmış qayda pozuntularından biri populyar proqramların görünüş və davranışının köçürülməsi yolu ilə istifadəçiləri aldatmaq cəhdi sayılır. Bu səbəbdən 250 mindən çox mobil proqram  silinib. Həmçinin pornoqrafik məzmunlu, zorakılıq, nifrət və müxtəlif qanunsuz hərəkətləri təbliğ edən proqramlar silinir. Bundan başqa, fırıldaqçı və fişinq xarakterli proqramlar aşkar edilərək silinir.

Emil Hüseynov





31/01/18    Çap et