Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” kriptovalyuta istehsalı üçün avadanlıqlar buraxacaq


“Samsung” şirkətinin maliyyə analitiki Cozef Yanq Cənubi Koreya istehsalçısının kriptovalyuta istehsalı üçün avadanlıq hazırlamaq niyyətində olmasını açıqlayıb. Şirkət mütəxəssisləri artıq mayninq üçün “ASIC” inteqral sxemlərinin istehsalına başlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “Wek” resursuna istinadən yazır ki, şirkət tərəfindən kriptovalyutanın istehsalı üçün texnika distributoru qismində adı açıqlanmayan Çin şirkəti seçilib. Maliyyə analitiki mayninq üçün avadanlığın buraxılışını Cənubi Koreya texnoloji nəhənginin tarixində misli görünməmiş addım adlandırıb. “ASIC” inteqral sxemlərinin istehsalı mərhələsində olan unikal layihənin həyata keçirilmə müddəti və dəyəri barədə açıqlama verilmir.  

Qeyd edək ki, C.Yanq və onun həmkarları bundan əvvəl bitkoin və digər kriptovalyutalara maraq göstəriblər. Ötən il “Samsung” köhnəlmiş “Galaxy S5” smartfonları vasitəsilə elektron pulların istehsalı üçün ferma inşa edib. Həmçinin mayninq texnologiyasının əsasını xüsusi hazırlanmış əməliyyat sistemi təşkil edib. Ferma orta kompüterlə müqayisədə daha enerjiyə qənaətcillik nümayiş etdirib.  

Nizam Nuriyev 





01/02/18    Çap et