Bərpa edilmiş “iPhone 7” və “7 Plus” smartfonları satışa çıxarılıb
"Apple" şirkətinin ABŞ saytında bərpa edilmiş "iPhone 7" və "7 Plus" smartfon modelləri satışa çıxarılıb.
"ICTnews" Elektron Xəbər Xidməti "
Life" resursuna istinadən yazır ki, alıcılara 2016-cı ilin bərpa edilmiş qabaqcıl modeli ucuz qiymətə təklif olunur. Məsələn, 32 giqabayt tutumlu operativ yaddaşa malik "iPhone 7" smartfonu 499 dollara, 128 giqabaytlıq "iPhone 7 Plus" isə 689 dollara satılır. Yeni modellərin qiyməti isə müvafiq olaraq 549 və 769 dollar təşkil edir. Smartfonlar üçün 1 illik zəmanət və servis dəstəyi nəzərdə tutulub.
Qeyd edək ki, bərpa edilmiş "iPhone" smartfonlarına tələbat adi modellərlə müqayisədə daha böyük olur. Birincisi, onların qiyməti yeni modeldən ucuzdur. İkincisi, əvvəllər istifadə olunmuş qurğu diqqətlə yoxlanılaraq yeni ekran və korpusla təchiz olunur.
Nizam Nuriyev