Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ölkə başçısı “Rabitə” voleybol klubunun mükafatlandırılması haqqında Sərəncam imzalayıb
“Rabitə” voleybol klubu Qətərin paytaxtı Doha şəhərində keçirilmiş qadın voleybol klubları arasında dünya çempionatının qalibi olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan “Rabitə” voleybol klubuna 500 (beş yüz) min manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 oktyabr 2011-ci il.
19/10/11 Çap et