Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İntel” yeni server prosessorları 2012-ci ildə təqdim edəcək


Veb-mənbələrin məlumatına əsasən, “İntel” korporasiyası ikiprosessorlu sistemlər üçün “Xeon E5-2400” server çipləri seriyasını hazırlayır.

Yeni seriya məmulatlarının əsasını “Sandy Bridge” arxitekturası təşkil edəcək; prosessorların quraşdırılması üçün “Socket 1356” konnektoru ilə olan sistem lövhə lazımdır.

4 hesablama nüvəsi ilə olan modellər istisna olmaqla, yeni prosessorlar “Hyper-Threading” çoxaxınlılıq texnologiyasını və “Turbo Boost” məhsuldarlığın artırılması sistemini dəstəkləyəcəklər. Yayılan istilik enerjisinin (TDP) maksimal qiyməti 60-95 Vatt-a qədər təşkil edəcək. Çiplər 2012-ci ilin ikinci rübündə elan ediləcəklər.




19/10/11    Çap et