Çin polisi cinayətkarların həbs edilməsində "ağıllı” eynəkdən istifadəyə başlayıb
Çinin Xenan əyalətində polislər iş prosesində sifətin tanınması funksiyasına malik eynəkdən istifadəyə başlayıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “
belta.by” saytına istinadən yazır ki, məlumata görə, yeniliyin köməyi ilə artıq bir neçə qanun pozucusunu saxlamaq mümkün olub.
"Eynək insan sifətini qeydə alır, bundan sonra informasiyanı axtarışda olan insanların siyahısı ilə müqayisə etmək üçün ümumi məlumat bazasına göndərirlər" – Çjan Syaoley əyalətinin administrasiya nümayəndəsi deyib.
Emil Hüseynov