Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Yahoo”: üçüncü rübdə mədaxil 5%, gəlir isə 26% azalıb
“Yahoo” şirkəti bu gün, oktyabr ayının 19-da cari ilin üçüncü rübü üzrə maliyyə hesabatını dərc edib.
Şirkətin mədaxili 1,072 milyard dollar təşkil edib, bu göstərici keçən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 5% azalıb.
Bir səhm üçün xalis gəlir 0,23 dollar olub. Qeyd edək ki, keçən ilin üçüncü rübündə bu göstərici 0.29 dollar olub. “TechCrunch” nəşri qeyd edib ki, “Yahoo” mədaxil göstəricisi üzrə analitiklərin proqnozlarını üstələyib. Belə ki, analitiklər bir səhm üçün 0.17 dollar proqnozlaşdırırdılar.
“Yahoo”nun xalis gəliri 293 milyon dollar təşkil edib. Bu göstərici 1 il əvvəllə müqayisədə 26% azalıb. Əməliyyat gəliri 6% azalaraq 177 milyon olub.
19/10/11 Çap et