Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Leqo-robot” kubik-rubik quraşdırılmasına görə rekordu yeniləyib
“Lego” konstruktorundan hazırlanmış “CubeStormer II” robotu 5,35 saniyə ərzində kubik-rubiki yığa bilib. “Cubestormer II” robotunun nəticəsi kubikin (onun klassik növündə - 3x3x3) sürətli yığılması üzrə dünya rekordçusu avstraliyalı Feliks Zemdeqsin nəticəsindən 0,31 saniyə yaxşı olub. 2011-ci ilin iyun ayında “Melbourne Winter Open” yarışlarında Feliks kubik-rubiki 5,66 saniyə ərzində yığmağı bacarmışdı.
Robot-rekordçunu Britaniya mühəndisləri Mayk Dobson (Mike Dobson) və Devid Qildey yaradıblar. Bunun üçün onlara “Lego Mindstorms” konstruktorunun 4 dəsti lazım olub. Robotu “Galaxy S II” smartfonu idarə edir, smartfon inteqrasiya edilmiş kamera vasitəsilə kubiki araşdırır və həlli tapır.
Kubik-rubik kimi tanınan bilməcəni 1974-cü ildə macar mühəndisi Erno Rubik təklif edib. Kubikin sürətli yığılması "spidkubinq" (ing. "speedcubing") adlanır. Hər il dünyada spidkubinq üzrə bir neçə yarış keçirilir.
19/10/11 Çap et