Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bitkoinlərdən istifadə nəticəsində həyata keçirilən əməliyyatların 44%-i qanunsuz fəaliyyətlə bağlıdır


Bitkoinlərdən istifadə nəticəsində həyata keçirilən əməliyyatların 44%-i qanunsuz fəaliyyətlə bağlıdır. Sidney Universitetinin maliyyə və iqtisadiyyat sahəsi üzrə iki mütəxəssisi və Riqa Stokholm İqtisad Məktəbinin alimi belə qənaətə gəliblər.
 
“ICTnews” Elektron Xəbər Xidmətinin “hitech.vesti.ru” saytına istinadən yazır ki, "araşdırmamıza görə, bitkoin istifadəçilərinin 25%-i və tranzaksiyaların təxminən 50%-i qanunsuz fəaliyyətlə bağlıdır – “The Next Web” nəşri hesabatdan sitat gətirib. Alimlər qanunsuz fəaliyyətlə bağlı olan kriptovalyuta ödənişlərinin illik dövriyyəsini 72 milyard dollar məbləğində qiymətləndiriblər ki, bu da ABŞ və Avropada narkotik maddələr satışının dövriyyəsinə yaxın göstəricidir".
 
"Kriptovalyutaların bir çox üstünlüklərinə, o cümlədən sazişlərin daha sürətli və effektiv bağlanmasına baxmayaraq, qanunsuz ticarətdə (narkotik, müdaxilə və oğurluq, qeyri-leqal pornoqrafiya və hətta sifarişli qətl), terrorçuluğun maliyyələşdirilməsi, çirkli pulların yuyulması və kapitalın hərəkətinə nəzarətdən yayınma kimi hallarda onlardan istifadə zamanı normativ narahatlıqlar yaranır" – tədqiqatçılar bildiriblər.
 
Emil Hüseynov







09/02/18    Çap et