Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakı ətrafı kənd və qəsəbələrə optik kabel çəkilir
Hal-hazırda Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin transmissiya şəbəkəsi ümumi uzunluğu 2000 km-dən çox olan optik kabel üzərində qurulub.
Birliyin baş mütəxəssisi Elman Qədirovun bildirdiyinə görə, həyata keçirilən tədbirlər nəticəsində şəbəkənin istənilən ATS-i istiqamətində rabitənin alternativliyi təmin edilib.
Bakı şəhərinin genişlənməsi, sənaye obyektlərinin şəhər ətraflarına köçürülməsi ilə əlaqədar BTRİB-in optik kabel magistralının genişləndirilməsi üçün də işlər davam etdirilir.
Ələt, Şüvəlan, Türkan qəsəbəsi istiqamətlərində yeni optik kabellərin çəkilişi işlərinə başlanılıb. Pirşağı və Kürdəxanı istiqamətlərində isə artıq optik kabelin çəkilişi və istismara verilməsi başa çatdırılıb.
19/10/11 Çap et