3 kameralı “Huawei P20” smartfonu təqdim ediləcək
Bu, belə sayda obyektivə malik ilk aparat olacaq. Müasir smartfonlar adətən ikiqat kamera ilə təchiz edilir.
“ICTnews” Elektron Xəbər Xidməti
life.ru saytına istinadən yazır ki, “Huawei” şirkəti 27 martda keçiriləcək tədbirə jurnalistləri dəvət edib. Həmin tarixdə Çin şirkəti 3 kameralı qabaqcıl “Huawei P20” smartfonunu nümayiş etdirəcək.
Kamera süni intellekti dəstəkləyəcək. “See mooore with AI” ("Süni intellektin köməyi ilə daha böyük imkanlar) ifadəsi buna işarə edir. Gözləntilərə görə, neyron şəbəkəsi çəkiliş vaxtı şəkilləri avtomatik emal edəcək.
Emil Hüseynov