Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda pulsuz telefon çəkdirənlərin sayı artır


"Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 20 illik yubileyi" və "Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 130 illik yubileyi" ilə əlaqədar Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin elan etdiyi kampaniya uğurla davam edir.

Bu barədə bizə məlumat verən birliyin Maliyyə və əmək şöbəsinin rəisi Söhrab Yarəhmədovun bildirdiyinə görə, bu ayın əvvəlindən start götürən kampaniyadan artıq 700-ə yaxın adam bəhrələnib.

O, işlərin daha da uğurlu alınması üçün təbliğat işlərinin genişləndirildiyini dedi.

Xatırladaq ki, birlik kabelləşdirilən köhnə və yeni binalarda (hava rabitə xətləri olan və yeni kabelləşdirilən binalar, ərazilər istisna olmaqla) əhali və təşkilatlara 1-ci və 2-ci telefonu 50% güzəştli tariflə, 2 telefon çəkənlərə isə 3-cü telefonun pulsuz çəkilişi kampaniyasını keçirir. Qeyd edək ki, kampaniya dekabr ayının 10-dək davam edir.




19/10/11    Çap et