Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” kompyuterlərdə səsli axtarış xidməti istifadəyə verir


Kompyuter istifadəçiləri “Google” axtarış servisində səsli axtarış funksiyasından istifadəedə biləcək.
“Google” nümayəndələrinin sözlərinə görə, yeni funksiya gələn həftədən işə salınacaq. Əvvəlcə sistemin yalnız ingilis dilində sorğuları qəbul edəcəyi bildirilir. Səsli sorğunu daxil etmək üçün axtarış sətrinin yaxınlığında mikrofon işarəsini işə salmaq lazımdır. Qeyd edək ki, yeni funksiya Chorme 11-dən başlayaraq bütün Chrome brauzerlərində dəstəklənəcək.
Xatırladaq ki, “Google” hələ 2008-ci ildən mobil qurğularda səsli axtarış servisini istifadəyə verib.
İnternet şirkətin təqdim etdiyi daha bir yeni axtarış funksiyası “Vizual axtarış” " (Search by image) imkanıdır. Bu halda sorğu rolunu təsvir yerinə yetirəcək. Bu təsviri servisə kompyuterdən yükləmək və ya internetdə lazımi keçidi axtarış sətrinə daxil etmək olar. “Vizual axtarış” funksiyasının köməyi ilə bu və ya digər şəklin hansı rəssama məxsus olduğunu müəyyən etmək və ya şəkildə təsvir olunan ərazi haqqında məlumat almaq mümkün olacaq.
“Google” tərəfindən “Vizual axtarış” sisteminin yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulur. Səsli axtarış funksiyasında olduğu kimi “Vizual axtarış” da əvvəlcə mobil qurğularda “Google” “Goggles” əlavəsinin tərkibində təqdim olunmuşdur.




16/06/11    Çap et