Dünyada 2 Qbit/s-dək sürətə malik ilk LTE modem təqdim edilib
“Qualcomm” şirkəti çox rejimli LTE modemlərinin 8-ci nəslini (“Snapdragon X24” çipseti) təqdim edib. İstehsalçının sözlərinə görə, bu, dünyada 2 Qbit/s-dək sürətə malik ilk LTE modem və 7 nanometrlik FinFET texnoloji prosesi ilə hazırlanmış ilk çipdir.
“ICTnews” Elektron Xəbər Xidməti “
ferra.ru” saytına istinadən yazır ki, yeni texnoloji proses daha az enerji sərfiyyatı və kiçik ölçülü form-faktor təmin edir. Modem dünyada yüksək enerji effektivliyinə malik ilk 14 nm-lik radio tezlik çipi ilə təchiz edilib.
“Qualcomm Snapdragon X24” modemi 26 fevral – 1 mart tarixlərində Barselonada keçiriləcək “MWC 2018” sərgisində “Ericsson”, “Netgear” və “Tesltra” ilə əməkdaşlıq çərçivəsində iş prosesində nümayiş etdiriləcək.
Emil Hüseynov