Smartfonları daha sürətli və daha “ağıllı” edəcək yeni çip yaradılıb
Massaçusets Texnologiya İnstitutunun alimləri tərəfindən neyron hesablamalar üçün yaradılmış yeni çip məhdud avtonom işləmə imkanına malik qurğularda (smartfon və planşetlər) istifadə üçün nəzərdə tutulub. Yeni çipin köməyi ilə maşın təlimi məsələlərinin işlənməsinə sərf edilən enerjinin sərfiyyatı 95% azalacaq.
"ICTnews" Elektron Xəbər Xidməti "
4pda.ru" saytına istinadən yazır ki, neyron şəbəkələri böyük məlumat massivlərini emal etməyə imkan verir. Amma bundan ötrü böyük hesablama gücü və enerji tələb olunur. Bu səbəbdən müasir smartfonlarda neyron şəbəkələrinin imkanları son dərəcə məhduddur.
Təqdim edilmiş yeni çip daha az enerji sərf etməklə neyron hesablamaların sürətini 3-7 dəfə artırır.
Emil Hüseynov