Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiyada bədənə yapışdırıla bilən elastik displey ixtira edilib


Tokio Universitetindən olan alimlər qrupu tərəfindən hazırlanmış nazik elastik displeyi insan dərisinə yapışdırmaq olar. Bu haqda Yaponiyanın “NHK” ictimai televiziyası məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, 1 mm qalınlığında və mikrodiodlardan ibarət olan sözügedən displey 6x10 sm ölçüsündə plastırı xatırladır. Alimlər qrupu iddia edir ki, belə elastik ekran insanda heç bir diskomfort hissi yaratmır və onda mətn mesajlarını oxumaq, hətta video izləmək mümkündür.

Tədqiqat qrupunun rəhbəri professor Takao Someyin sözlərinə görə, belə ekranların kütləvi tətbiqi bütün yaş qruplarında olan insanların gündəlik həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək, çünki məlumatın əldə edilməsi daha da asanlaşacaq.

Emil Hüseynov





19/02/18    Çap et