Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

BMT-nin Baş katibi kibermüharibələrlə qlobal mübarizə aparmaq üçün platforma yaratmağı təklif edib


Artıq bu gün dünyada dövlətlər arasında kibermüharibə elementləri müşahidə edilir.

Dünya cəmiyyəti kiberhücumların vətəndaşların həyatına təsirini azaltmaq üçün birləşməlidir.

"ICTnews" Elektron Xəbər Xidməti "www.unian.net" saytına istinadən yazır ki, bu haqda BMT-nin Baş katibi Antonio Quterriş Lissabon Universitetində çıxışı zamanı deyib.

"Növbəti müharibə hərbi potensialın məhvi və elektrik şəbəkələri kimi əsas infrastrukturun iflici məqsədi ilə kütləvi kiberhücumla başlanacaq" – o proqnozlaşdırıb.

Baş katibin sözlərinə görə, artıq indi dövlətlər arasında kibermüharibə epizodları müşahidə edilməkdədir.

Quterriş BMT-də alim, məmur və başqa şəxslərin informasiya texnologiyaları ilə bağlı hər hansı münaqişənin humanist həlli üçün qaydalar hazırlaya biləcəyi bir platforma yaratmağı təklif edib.

Emil Hüseynov





20/02/18    Çap et