Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

30 terabaytlıq bərkcisimli toplayıcı nümayiş olunub


“Samsung” şirkəti dünyanın ən tutumlu bərkcisimli toplayıcısını nümayiş etdirib. Diskin faktiki tutumu 30,72 terabayt təşkil edir. 2,5 düymlü standart “kompüter” form-faktoruna aid qurğuya “Full HD” keyfiyyətli 5700-dən çox film yazmaq mümkündür.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti www.vesti.ru” resursuna istinadən yazır ki, lakin yeni qurğu adi istifadəçilər üçün deyil, mexaniki disklərdən daha bərkcisimli, sürətli və səssiz disklərə keçmək istəyən korporativ müştərilər üçün nəzərdə tutulub. Şirkət nümayəndələrinin sözlərinə görə, “PM1643” modeli 1 terabayt tutumlu “NAND” tipli 32 fləş-yaddaş paketindən ibarətdir. Onların hər biri 512 terabayt tutumlu 16 qatlı “V-NAND” çiplərini özündə birləşdirir.
 
Məlumata görə, supertutumlu disk “Samsung” şirkəti tərəfindən 2016-cı ilin martında hazırlanan 16 terabaytlıq toplayıcıdan iki dəfə tutumludur.
 
“SAS” (Serial Attached SCSI) interfeysinə malik “Samsung” şirkətinin yeni “SSD” toplayıcısı ardıcıl oxunuşda saniyədə 2,1 min meqabayt, yazılmada 1,7 min meqabayt sürət nümayiş etdirir. Müqayisə üçün qeyd edək ki, adi “SATA” interfeysli “SSD” toplayıcısında bu göstəricilər təxminən 550 Mbayt/saniyə təşkil edir.
 
“PM1643” bərkcisimli toplayıcı modelinin satışa çıxarılma müddəti və qiyməti barədə məlumat verilmir.  
 
Nizam Nuriyev






21/02/18    Çap et