Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung Galaxy S10” smartfonu “5G” rabitə texnologiyasını dəstəkləyəcək


Cənubi Koreya nəhəngi yeni mobil rabitə texnologiyasının hazırlanması və sınaqdan keçirilməsi üzrə razılaşma imzalayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, “Samsung” şirkəti “5G” mobil rabitə texnologiyasının hazırlanması üzrə “Qualcomm” şirkəti ilə əməkdaşlıq edəcək. Bu haqda Cənubi Koreya şirkətinin rəsmi saytında məlumat verilib. “Galaxy S10” yeni rabitə şəbəkəsini dəstəkləyən ilk qurğulardan biri olacaq.
 
Belə ki, “Qualcomm” şirkəti “TSMC” ilə əməkdaşlıqdan imtina edərək “Samsung” şirkəti ilə 10 illik müqavilə bağlayıb. “PhoneArena” nəşri yazır ki, “Galaxy S10” smartfonu 2019-cu ilin əvvəlində təqdim edilə bilər və bu halda sözügedən qurğu “5G” tezliyini tutan yeni nəsil “Snapdragon 855” prosessoru ilə təchiz ediləcək.
 
Emil Hüseynov





23/02/18    Çap et