Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” axtarış sorğularını şifrələyəcək


“Google” şirkəti axtarış xidməti üçün şifrələnmiş əlaqədən susma halı kimi istifadə etmək niyyətindədir. Bu barədə şirkətin rəsmi bloqunda bildirilib.

Bir neçə həftədən sonra xidmətin əsas səhifəsində öz hesablarına daxil olan istifadəçilərin məlumat mübadiləsini “https” protokolu üzrə həyata keçirəcək səhifəyə yönəldiləcəyi planlaşdırılır.

Bu, etibarsız əlaqədən istifadə zamanı (məsələn internet kafedə Wi-Fi-dan istifadə) istifadəçi məlumatlarını, həmçinin axtarış sorğularını qorumağa imkan yaradacaq.




19/10/11    Çap et