Dünyada təmassız ödəmə xidmətindən istifadə sürətlə populyarlaşır
“Loup Ventures” tədqiqat firmasının 2017-ci ilin sonuna olan məlumatına görə, dünyada “iPhone” istifadəçilərinin 16%-i “Apple Pay” adlı təmassız ödəmə xidmətindən istifadə edirlər.
“ICTnews” Elektron Xəbər Xidməti “
life.ru” saytına istinadən yazır ki, firmanın informasiyasına görə, 127 milyon “iPhone” istifadəçisi “Apple Pay” xidmətinin köməyi ilə aktiv alış-veriş edir. 2017-ci ildə bu göstərici 2 dəfə yüksəlib, yalnız 62 milyon “iPhone” istifadəçisi xidmətdən aktiv istifadə edib.
“Apple Pay” xidməti ABŞ-da daha populyardır: 89 milyon cihaz sahibi təmassız ödəmə xidmətindən aktiv istifadə edir.
Emil Hüseynov