Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “Energizer” smartfonu 16 min milliamper/saat tutumlu akkumulyatorla təchiz ediləcək


“Energizer” şirkəti bu yaxınlarda 4500 milliamper/saat tutumlu akkumulyatorla təchiz olunan “Power Max P600S” smartfonunu təqdim edib. Bu dəfə isə şirkət daha güclü tutuma malik mobil qurğu hazırlayır. Belə ki, yeni “Energizer Power Max P16K Pro” smartfonu 16 min milliamper/saat tutumlu akkumulyatorla təchiz ediləcək.

“ICTnews” Elektron Xəbər Xidməti “Popmech” resursuna istinadən yazır ki, tərəflərinin nisbəti 18:9 təşkil edəcək qurğu 2 160 x 1 080 piksel təsvir ölçülü 5,99 düym diaqonallı ekran, eləcə də “MediaTek Helio P25” prosessoru və 128 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz olunacaq. Bundan başqa, yeni smartfon 13 və 5 meqapikselli modula malik qoşa əsas kamera, eləcə də 8 meqapikselli ön kamera ilə təchiz ediləcək. Qurğunun ölçüsü və çəkisi barədə məlumat verilmir.

“Energizer Power Max P16K Pro” smartfonunun təqdimatı fevralın 26-dan martın 1-dək Barselonada (İspaniya) keçiriləcək “Mobile World Congress” (MWC) sərgisi çərçivəsində planlaşdırılır.

Nizam Nuriyev


 






26/02/18    Çap et