Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Üç “Huawei” planşeti təqdim olunub


“Huawei” şirkəti “MWC 2018” sərgisində “Android 8.0 Oreo” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “MediaPad M5” istehsal xəttinə aid 3 planşet kompüter təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, 2560 х 1600 piksel təsvir ölçülü 8,4 düym diaqonallı ekran, “Kirin 960” mobil prosessoru, 4 giqabaytlıq operativ yaddaş və 32/64 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilən “MediaPad M5 8” seriyada ən kiçik modeldir. Qurğu 13 meqapikselli əsas və 8 meqapikselli ön kameraya, 5100 milliamper/saat tutumlu akkumulyatora və iki stereodinamikə malikdir.
 
“MediaPad M5 10” əvvəlki modellə müqayisədə daha böyük – 2560 х 1600 piksel təsvir ölçülü 10,8 düym diaqonallı displeylə təchiz edilib. Qurğu 4 stereodinamikə və 7500 milliamper/saat tutumlu akkumulyatora malikdir. Planşet digər xüsusiyyətlərinə görə “M5 8” modelinə uyğundur.
 
Ən qabaqcıl model – “MediaPad M5 10 Pro” daha çox sadə “M5 10” versiyasına bənzəyir. O, 64 giqabayt tutumlu toplayıcı və 4096 həssaslıq səviyyəsinə malik “Huawei M-Pen” sensor qələmi ilə seçilir.  
 
Planşetlərin dünya bazarına yazda çıxarılacağı gözlənilir. Əsas versiyanın qiyməti 349 avro, 128 giqabaytlıq toplayıcıya malik ən bahalı “MediaPad M5 10 Pro” modelinin qiyməti isə 599 avro təşkil edəcək.
 
Nizam Nuriyev






27/02/18    Çap et