Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPhone” smartfonlarında “Windows XP” və “Vista” sistemlərinin dəstəklənməsi dayandırılacaq


“Apple” şirkəti mayın 25-dən etibarən “iTunes Store” onlayn mağazasının “Windows XP” və “Vista” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən kompüterlərdə, eləcə də birinci nəsil “Apple TV” qurğularında dəstəklənməsindən imtina edəcəyini bildirən yeni texniki sənəd dərc edib. Dəyişiklik təhlükəsizlik yeniləmələri ilə əlaqədardır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, sənədə görə, “Apple” şirkəti mayın 25-dən köhnə kompüterlərin “iTunes Store” onlayn mağazasından istifadəsinin qarşısını alan təhlükəsizlik sisteminə dəyişikliklər edəcək. Şirkət nümayəndələrinin sözlərinə görə, lakin istifadəçilər kompüterlərində “iTunes” proqramından “Apple” və “iTunes Store” dəstəyi olmadan yararlana biləcəklər.  
 
Bundan başqa, mayın 25-dən etibarən, həmçinin təhlükəsizlik dəyişiklikləri ilə əlaqədar birinci nəsil “Apple TV” qurğularında “iTunes Store” onlayn mağazasından istifadə qeyri-mümkün olacaq. Qurğu köhnəlmiş “Apple” məhsulu olduğuna görə təhlükəsizlik dəyişikliklərinin dəstəklənməsi üçün yenilənməyəcək.   
 
Dəyişikliklərdən sonra ikinci nəsil “Apple TV” qurğularında və daha sonrakı modeldə “iTunes Store” mağazasından istifadə mümkün olacaq.   
 
Nizam Nuriyev






27/02/18    Çap et