“Apple” şirkəti cari ildə üç smartfon təqdim edəcək
"Bloomberg" nəşri öz mənbələrinə istinadən yazır ki, "Apple" şirkəti cari ildə üç smartfon təqdim edəcək.
"ICTnews" Elektron Xəbər Xidməti "
lenta.ru" saytına istinadən yazır ki, agentliyin məlumatına görə, yeniliklər arasında, həmçinin "iPhone X" smartfonunun yenilənmiş versiyası və sözügedən qabaqcıl smartfonun nisbətən ucuz versiyası olacaq. Şirkət bu yolla smartfondan çoxməsələlik gözləyən və "iPhone X" smartfonunun daha ucuz versiyasını axtaran istehlakçıları razı salmaq istəyir.
Yeni smartfon 1242x2688 piksel təsvir ölçülü ekrana, "OLED" texnologiyası və "Face ID" skanerinə malik olacaq. Gözləntilərə görə, böyük və yenilənmiş smartfonlarda yeni "A12" prosessoru tətbiq ediləcək.
Bəzi regionlar üçün iki SİM kartlı telefon seçimi imkanı nəzərdən keçirilir. Smartfonun ucuz versiyasında "Edge-to-Edge" ekranı və "Face ID" skaneri olacaq.
Yeni smartfonlar ənənəvi olaraq cari ilin payızında təqdim ediləcək. Agentliyin mənbələrinin məlumatına görə, şirkətin planı dəyişə bilər. "Apple"ın mətbuat xidməti şərh verməkdən imtina edib.
Emil Hüseynov