Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin alimləri xəstəliklərin ani diaqnostikası üçün aparat yaradıblar


Çinin Quancjou şəhərində yerləşən tibb mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanmış yeni qurğu xəstəliklərə diaqnoz qoymağa imkan verir. Sözügedən tibbi aparat süni intellektin köməyi ilə işləyir.

Məlumdur ki, xəstəliklərin vaxtında və düzgün diaqnostikası müalicədə ən vacib mərhələ hesab edilir. Süni intellekt əsasında işləyən tibbi aparatdan istifadə diaqnozun qoyulması vaxtı insan amilinin təsirini azaldaraq həkim səhvi riskini minimuma endirəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, məlumata görə, yeni qurğu uşaqlarda ağciyər iltihabını və ya gözün torlu qişası xəstəliyini asanlıqla müəyyənləşdirir. Alimlər aparatı təkmilləşdirməyi və diaqnoz qoyulan xəstəliklərin siyahısını genişləndirməyi planlaşdırırlar.

Çin mühəndisləri əmindirlər ki, onların texnologiyası maksimum dərəcədə sürətli və daha dəqiq diaqnostika hesabına müasir tibbin səmərəliyini yüksəltməyə kömək edəcək.

Emil Hüseynov






27/02/18    Çap et