Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnsan gözünün analoqu yaradılıb


ABŞ-ın Harvard Universiteti nəzdində mühəndislik və tətbiqi elmlər məktəbinin (SEAS) alimləri elektron idarəetməyə malik süni göz yaradıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, ixtira özündə kvadrat metalinza və polimerlərdən, eləcə də elektrodlardan ibarət süni əzələni birləşdirir. Belə süni göz insan gözü prinsipi ilə işləyir - linzanın dartılması və sıxılması zamanı yönəldilən fokus ətrafdakı obyektləri seçir.

Süni göz görmə spektrinin qüsurlarını, məsələn, astiqmatizmi korreksiya edə bilir. Alimlərin sözlərinə görə, ixtiranı yalnız oftalmologiyada deyil, həmçinin mikroskoplarda və virtual reallıq eynəklərində də tətbiq etmək mümkündür.

Nizam Nuriyev






28/02/18    Çap et