Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Süni intellektlə təchiz edilmiş videokamera artıq satışa çıxarılıb


“Google” şirkəti geyimdə bəzək qismində daşınıla bilən “Clips” adlı yığcam kameranın satışına start verib. Sözügedən cihazın əsas özəlliyi avtomatik çəkiliş funksiyasına malik olmasıdır: cihaz komanda verilmədən şəkillər çəkə bilir, yaxud kadr üçün maraqlı görüntü olan kimi özü videoçəkilişə başlayır.

“ICTnews” Elektron Xəbər Xidməti “rambler.ru” saytına istinadən yazır ki, kamera 12 meqapiksel təsvir ölçülü sensor və saniyədə 15 kadr sürəti ilə videoçəkiliş imkanı, 130 dərəcə baxış bucağına malik obyektiv, 16 QB-lıq fləş yaddaş, “USB Type-C” portu, “Wi-Fi” və “Bluetooth LE” modulları ilə təchiz edilib. Daxili akkumulyator 3 saatlıq fasiləsiz iş üçün nəzərdə tutulub. Cihazın ölçüsü 49x49x20 mm, çəkisi isə 60,5 qr təşkil edir.

Emil Hüseynov






28/02/18    Çap et