Barselonada keçirilən “MWC” sərgisində yeni kriptovalyuta təqdim edilib
Yaponiyanın “Rakuten” şirkətinin baş direktoru Hirosi Mikitani “Rakuten Coin” adlı kriptovalyutanı elan edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
belta.by” saytına istinadən yazır ki, şirkətin nümayəndələri “Mobile World Congress”də belə təşəbbüslə çıxış ediblər. Sözügedən kriptovalyutanın dəqiq təqdimetmə tarixi hələ ki məlum deyil.
Yapon şirkətinin bir çox layihələrində (“Viber” messenceri daxil olmaqla) sözügedən kriptovalyutadan istifadə etmək mümkün olacaq.
Yalnız “Viber” messencerinin auditoriyasının 1 milyardı keçməsini nəzərə alsaq, bu kriptovalyutanın uğur qazanacağına ümid etmək olar. Kriptovalyutaların tətbiqinin ilk səbəbi – bu, valyuta ilə həyata keçirilən ənənəvi tranzaksiyalardan imtina edilməsi, ikinci səbəb isə trendləri izləyən auditoriyanı cəlb etməkdir.
Emil Hüseynov