“Android” əməliyyat sisteminin uşaqlar üçün versiyası təqdim edilib
“Escudo Web” şirkətinin ekspertləri 7 yaşdan etibarən uşağın smartfondan təhlükəsiz istifadə etməsinin mümkünlüyü barədə düşünürlər. İspan şirkətinin yeni həlli bunu təsdiq edir.
“ICTnews” Elektron Xəbər Xidməti “
igate.com.ua” saytına istinadən yazır ki, Barselonada keçirilmiş “Mobile World Congress 2018” sərgisində “Android” sisteminin əlavə müdafiə səviyyəsi və yeni interfeysə malik xüsusi versiyası təqdim edilib.
Hazırda bu proqram təminatı "valideyn nəzarəti" funksiyasından istifadəyə imkan verir. Bu o deməkdir ki, valideynlər öz şəxsi smartfonları vasitəsilə uşağın arzuolunmaz proqrama girişini məhdudlaşdıra bilərlər. Bundan başqa, günün vaxtı və uşağın gün rejimindən asılı olaraq müxtəlif proqramları bloka salmaq olar. Tədris prosesi zamanı yalnız lazımi proqramlardan (məsələn, “Word”, “Powerpoint”, kalkulyator) istifadəyə icazə vermək, internetə çıxışı isə bloklamaq olar.
Emil Hüseynov