Bu smartfonun kamerası ən yüksək bal toplayıb
Kameraların peşəkar müqayisəsi ilə məşğul olan tanınmış “DxOMark” xidmətinə malik “DxO Labs” şirkəti bu yaxın günlərdə Barselonada keçirilmiş “MWC” sərgisində rəsmən təqdim edilmiş “Samsung Galaxy S9+” smartfonunun kamerasına yüksək reytinq verib.
“ICTnews” Elektron Xəbər Xidməti “
hitech.newsru.ru” saytına istinadən yazır ki, ekspertlər sınaq çərçivəsində 500-dən çox şəkil və 2 saatdan çox video çəkiblər. Yekunda smartfonun əsas kamerası 99 bal toplayıb. Bu halda aparat yalnız şəkillər üçün 104 bal, video çəkilişi üçün 91 bal ilə qiymətləndirilib. Smartfonun kamerası ciddi çatışmazlıqlara malik deyil və bütün çəkiliş rejimlərində yaxşı nəticə göstərib.
Məlumat üçün bildirək ki, “Galaxy S9+” aparatı “Galaxy” istehsal xəttində ikiqat əsas kameraya malik ilk cihazdır. 12 meqapiksellik dəyişdirilən diafraqmaya malik sensorla təchiz edilib. Bundan başqa, kamera optik sabitləşmə, təkmilləşdirilmiş avtofokusa malikdir və saniyədə 960 kadr sürətlə HD formatlı video çəkmək qabiliyyətinə malikdir ki, bu da sürətli azaldılmış gözəl çarxlar çəkməyə imkan verir.
Emil Hüseynov