Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Quraşdırılmış proyektorla təchiz edilən “ağıllı” saat nümayiş olunub
Çinin “Haier” şirkəti “Mobile World Congress” (MWC) sərgisi çərçivəsində informasiyanı istifadəçinin əli üzərinə daxil edən quraşdırılmış proyektora malik “Asu” adlı “ağıllı” saat nümayiş etdirib.
“ICTnews” Elektron Xəbər Xidməti “Popmech” resursuna istinadən yazır ki, “Haier Asu” saatı 480 x 854 piksel təsvir ölçülü informasiyanı, məsələn, əlin arxa tərəfində göstərə bilir. Qaçış məşqi zamanı qurğu məsafə və vaxtı proyeksiya edir, saatın fiziki ekranında isə bu iş rejimi dayandırmağa və ya başa çatdırmağa imkan verən idarəetmə elementləri yerləşir. Bundan başqa, proyeksiya jestlər vasitəsilə idarəetməni dəstəkləyir. Belə ki, istifadəçi tərəfindən qurğunun ekranında informasiyanın dəyişdirilməsi üçün ələ iki dəfə toxunmaq tələb olunur.
Bildirilir ki, proyektordan fitnes əlavəsi və daha bir neçə rejim (istifadəçi qurğu ekranında şəkil çəkə bilər, nəticə isə ələ proyeksiya ediləcək) üçün istifadə olunur və hazırda “ağıllı” saat üçün xüsusi əlavələr mağazasının planlaşdırılması barədə məlumat verilmir.
“Haier Asu” saatının bu ilin ikinci rübündə Çində satışa çıxarılacağı gözlənilir.