Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Soundscape” mobil proqramı gözdən əlillər üçün istiqaməti müəyyənləşdirəcək


“Microsoft” korporasiyası gözdən əlil və zəif görən istifadəçilərə ətraf məkanda istiqaməti müəyyənləşdirməyə kömək edən “Soundscape” adlı mobil “iOS” əlavəsi təqdim edib. Gözdən əlillər üçün ictimai təşkilatların iştirakı ilə yaradılan proqram barədə ətraflı məlumat korporasiyanın bloqunda yerləşdirilib.  

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, hazırda ilkin prototipi 2015-ci ilin sonunda nümayiş olunan əlavənin imkanlarını yalnız Böyük Britaniya istifadəçiləri qiymətləndirə bilərlər. Tərtibatçıların sözlərinə görə, “Soundscape” əsanın və ya bələdçi itin əvəzlənməsini deyil, məkanda istiqamətin müəyyənləşdirilməsi vəzifəsini asanlaşdıran əlavə aləti nəzərdə tutur.

Məlumata görə, mobil əlavənin işinin mahiyyəti ondan ibarətdir ki, o, istifadəçiyə ətrafdakı obyektlər haqqında danışa, hərəkət etdiyi küçənin adını xatırlada, müəyyənləşdirilmiş marşrut üzrə hərəkət zamanı dönmənin harada lazım olmasını əvvəlcədən deyə bilir. Bununla yanaşı, “Soundscape” süni səsi qulaqcığın təsvir olunan obyektin yerləşdiyi tərəfdən səslənəcək ki, bu da istifadəçiyə mühiti xəyalən təsəvvür etməyə imkan verəcək.   

Xatırladaq ki, fevralın ortalarında “Microsoft” korporasiyası gözdən əlillərə məkanda istiqaməti müəyyənləşdirməyə kömək edəcək proqram hazırlayıb.

Gözdən əlil şəxs hərəkət etməyə başlayan zaman “canetroller” adlanan əsanı yönəldərək ətrafdakı məkanı skan edəcək. Qurğu obyektləri tanıyır və istifadəçi onlardan birinə yaxınlaşan zaman vibrasiya verməyə başlayır.

Bundan başqa, istifadəçi istiqamətin daha yaxşı müəyyənləşdirilməsi üçün səsi təmin edən qulaqcıqlar dəsti ilə təchiz olunub.

Qurğunun keçirilən sınaqlarında iştirak edən gözdən əlil şəxslərin sözlərinə görə, hazırda çəkisi təxminən 2 kq təşkil edən “canetroller” əsasının çəkisini azaltmaq lazımdır.

Nizam Nuriyev
 







03/03/18    Çap et