“iPhone” smartfonlarının real istismar müddəti müəyyənləşib
ABŞ-ın “Asymco” təşkilatının mütəxəssisləri tədqiqat apararaq “iPhone” smartfonlarının maksimal istismar müddətini müəyyənləşdiriblər. Bu barədə təşkilatın rəsmi saytında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “
Life” resursuna istinadən yazır ki, ekspertlər tərəfindən indiyədək satılan və sıradan çıxan bütün “iPhone” smartfonları haqqında məlumatların təhlili aparılıb. Məlum olub ki, 2 milyarddan çox satılan “Apple” smartfonunun 750 milyon nüsxəsi ya sıradan çıxıb, ya da istismar olunmur.
Mütəxəssislər tərəfindən aparılan hesablamaların nəticələrinə görə, “iPhone” smartfonlarının istismar müddəti orta hesabla 4 il təşkil edir. Bunu smartfon istifadəçiləri arasında keçirilən sorğu da təsdiq edib.
Nizam Nuriyev