Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda mobil telefon bazarı 27 faiz artıb


Azərbaycana yanvar-avqustda dəyəri beş milyon dollardan çox olan 87,5 min ədəd mobil telefon gətirilib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Ötən ilin analoji dövrü ilə müqayisədə mobil telefonların idxal həcmi 26,8 faiz, pul ilə ifadədə isə 19,4 faiz artıb.

Hər ay orta hesabla ölkəyə 10 min civarında mobil telefon idxal edilir. Mobil telefon bazarının aylıq həcmi pul ilə ifadədə təxminən 600-650 min dollar təşkil edir.




20/10/11    Çap et