Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Puerto-Rikoda elektrik xətlərinin təmiri üçün dronlardan istifadə edilir


Puerto-Rikonun “Duke Energy” energetika şirkəti pilotsuz uçan aparatlardan istifadəyə başlayıb. Dronlar operatorlar vasitəsilə zədələnmiş elektrikötürmə xətlərini axtararaq onların təmirini həyata keçirirlər.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, şirkətin balansında 5 xüsusi pilotsuz uçan aparat var: onların ikisi xətdə qəzaların axtarışı, üçü müstəqil təmir ilə məşğul olur. Dronlardan istifadə Puerto-Rikonun mürəkkəb landşaftı və adi təmirçilərin həyatı üçün risklə əlaqədardır. Dronlar dərələr və meşə massivləri kimi çətin keçilən yerlərə daxil olaraq elektrikötürmə xətlərinin qırıq yerlərini avtonom şəkildə birləşdirə bilirlər.

Təmirçilər tərəfindən “AceCore Technologies” şirkətinin istehsalı olan “Zoe” pilotsuz uçan aparatlarından istifadə olunur. Qiyməti 18 min dollar təşkil edən aparatlar xüsusi avadanlıqlarla təchiz edilir, havada təxminən 40 dəqiqə qalır və göyərtəsində 7-8 kiloqram çəkidə yük qaldırırlar. Puerto-Rikoda dronlarla əlaqədar eksperimentin uğurlu olacağı təqdirdə belə qurğulardan ABŞ-da da istifadə planlaşdırılır.

Nizam Nuriyev






05/03/18    Çap et