Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil şəbəkələrin təhlükəsizlik sistemində ciddi boşluqlar qeydə alınıb


İnformasiya təhlükəsizliyi sahəsində çalışan mütəxəssislərin tədqiqatına görə, müasir fırıldaqçılar hər gün abunəçiləri izləyir, zənglərə müdaxilə edir, həmçinin mobil şəbəkələrdəki digər boşluqlardan aktiv istifadə edirlər. "Positive Technologies" şirkətinin araşdırması buna sübutdur.

"ICTnews" Elektron Xəbər Xidməti "gazeta.ru" saytına istinadən yazır ki, araşdırmanın nəticələrinə görə, mobil bank, dövlət xidmətləri və başqa proqramlara müdaxiləyə imkan verə bilən SMS mesajların ələ keçirilməsinə yönəldilmiş hücumlar hakerlər üçün böyük uğur gətirir.

Həmçinin kiberfırıldaqçılar arasında qısa USSD sorğuların icazəsiz göndərilməsi populyardır. Nəticədə abunəçinin hesabından pul vəsaiti oğurlamaq və ya onu gizli olaraq bahalı xidmətə abunə etmək olar.

Bundan başqa, ekspertlər Avropa və Yaxın Şərq operatorlarının mobil şəbəkələrini təhlil edərək müəyyənləşdiriblər ki, demək olar ki, sözügedən operatorların hər birində abunəçinin danışığını dinləmək və ya daxil olan SMS mesajları oxumaq mümkündür. Bütün bu şəbəkələr ciddi boşluqlara malikdir. Hakerlər bu boşluqlardan istifadə edərək mobil rabitənin işini poza bilərlər.

Emil Hüseynov





05/03/18    Çap et