Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən populyar virtual reallıq şlemi hansıdır?


“Steam” xidmətindən istifadə edənlərə məxsus kompüterlərin komponentləri haqda “Valve” şirkəti tərəfindən tərtib edilmiş hesabata əsasən, qeymerlərin əksəriyyəti virtual reallıq qarnituru kimi “Oculus Rift” cihazından istifadəyə üstünlük verirlər. 2018-ci ilin fevralında bu virtual reallıq şlem sahiblərinin payı 47,31%-ə yaxınlaşıb.

“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, “HTC Vive” virtual reallıq şleminin göstəricisi 45,38% təşkil edir. Ötən ay “Oculus Rift” cihazının payı “Vive”dən 1% geri qalırdı. “Valve” xidmətindən istifadə edənlərin 5,36%-i “Microsoft”un artırılmış reallıq qarniturundan istifadə edir.

Bütün bunlara baxmayaraq, virtual reallıq qarnituru sahiblərinin sayı ümumi istifadəçilər fonunda çox azdır.

Emil Hüseynov






06/03/18    Çap et