Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti 72 kubitlik kvant kompüteri yaratmağa müvəffəq olub


“Google” şirkətində işləyən alimlər qrupu tərəfindən yaradılmış kvant prosessorunda ikiölçülü massivə birləşdirilmiş 72 yüksək keçirici kubitdən istifadə edilir. Bu haqda şirkətin bloqunda məlumat verilib.

Məlumat üçün bildirək ki, kvant kompüterləri xüsusi bit tipi olan kubitlə əməliyyat aparır. Ənənəvi bitlərdən fərqli olaraq, bu məntiqi elementlər eyni zamanda həm “vahid”, həm də "sıfır" vəziyyətində ola bilər. Bu xüsusiyyət yeni hesablama alqoritmləri hazırlamağa imkan verir ki, bu da bəzi hallarda ənənəvi kompüterlərdən istifadə edilən alqoritmlərdən daha məhsuldar olur.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, çoxlu sayda kubitlərdən istifadə edən kvant kompüterlərin yaradılmasında əsas problem informasiyanın oxunması və yazılması, hesablamalar vaxtı səhvlərin yaranması ilə bağlıdır. Kvant kompüterdə kubitlərin sayının artırılması ilə yanaşı, belə səhvlərin yaranması ehtimalı da artır.

Lakin “Google”un komandası bu problemi həll edə bilib.

Emil Hüseynov






07/03/18    Çap et