Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Planşetlərin rüblük satışları 3 dəfə artıb
“DigiTimes Research” analitikləri 2011-ci ilin üçüncü rübündə planşet kompyuterləri bazarının həcmini qiymətləndiriblər. Bildirilib ki, 3 ay ərzində təxminən 13 milyon “Apple iPad” mini-kompyuterləri və digər platformalarda 5,7 milyon planşet satılıb.
Bazarın ümumi həcmi 18.7 milyon təşkil edib. Qeyd edək ki, bu göstərici 2010-cu ilin üçüncü rübündə təxminən 5,6 milyon olub. Beləliklə, illik hesablamada satışlar 3 dəfədən çox artıb.
20/10/11 Çap et