Yaponiyada bağlamaların çatdırılmasında sürücüsüz avtomobildən istifadə planlaşdırılır
Yaponiya poçtu poçt şöbələri arasında bağlamaların çatdırılmasında şəhər küçələrində sürücüsüz avtomobilləri sınaqdan keçirmək niyyətindədir.
“Kiodo” agentliyinin məlumatına görə, çərşənbə günü Tokioda kapotuna Yaponiya Poçtunun loqotipi yapışdırılmış al-qırmızı rəngli sürücüsüz avtomobilin təntənəli mərasim və nümayişi keçirilib.
“ICTnews” Elektron Xəbər Xidməti “
ria.ru” saytına istinadən yazır ki, qarşıdakı sınaqlar zamanı sürücüsüz avtomobil təxminən 2 km məsafə qət etməli olacaq. Sınağın başlama tarixi hələ bilinmir.
Emil Hüseynov