Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bir il ərzində mobil troyanların sayı 2 dəfə yüksəlib


"Kasperski laboratoriyası" zərərli proqramların təkamülü və mobil sahədə kibertəhlükələrin inkişafı barədə geniş hesabat dərc edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti 3dnews.ru saytına istinadən yazır ki, məlumata görə, ötən il “Android” mobil əməliyyat sistemlərinin idarəetməsi altında işləyən qurğu sahiblərinə edilmiş hücumların intensivliyi 1,2 dəfə yüksəlib. Bu halda superistifadəçi hüquqlarını əldə edərək smartfon və ya planşetdə ixtiyari zərərli əməliyyatlar yerinə yetirə bilən “root” troyanlar son bir neçə il ərzində istifadəçilər üçün böyük təhlükə yaratmaqdadır. Belə zərərli proqram təminatları çoxlu sayda reklam göstərir, müxtəlif komponent və proqramlar yükləyərək onları quraşdırır, həmçinin qurbanın hesabından pul çəkməyə cəhd edir.
 
Son zamanlar şantaj edən mobil viruslar geniş yayılıb. 2017-ci ildə belə troyanların sayı ötən illə müqayisədə 2 dəfə, 2015-ci illə müqayisədə isə 17 dəfə yüksəlib.
 
Emil Hüseynov






10/03/18    Çap et