“Google” istifadəçilərə çox yüksək internet sürəti söz verir
ABŞ-ın “Google” korporasiyası AMP texnologiyasının köməyi ilə internet səhifələrinin yüklənmə sürətini xeyli artırmağı planlaşdırır.
“ICTnews” Elektron Xəbər Xidməti “
belta.by” saytına istinadən yazır ki, 2016-cı ildə təqdim edilmiş AMP texnologiyası, hələ ki, yalnız “Twitter”, “Google”, “Baidu” və “Bing” üçün əlçatandır. Yeniləmə prosesi uğurlu olduğu və saytların əksəriyyəti dəyişikliyi qəbul etdiyi halda onlar axtarış sistemində ani olaraq AMP səhifələri kimi emal ediləcək.
“Google” gələcəkdə bu texnologiyanı "Ümumdünya Hörümçək Toru"nun standartına çevirmək istəyir.
“Accelerated Mobile Pages” (AMP) – mobil qurğularda saytların yüklənməsini sürətləndirən bir texnologiyadır.
Emil Hüseynov