Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfon və psixikanın korlanması arasında bağlılıq aşkar edilib


Məlum olub ki, smartfonlar öz sahibində psixiki problemlər yarada bilər. Bu haqda “Business Insider” nəşri yazıb.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, nəşr iddia edir ki, daimi zəng və bildirişlər stress hormonlarını hərəkətə gətirir. Bu isə ona səbəb olub ki, amerikalı tələbələrin 89%-i "uydurma" vibrozənglərdən (telefon sönülü vəziyyətdə olduqda belə beyin ona reaksiya verir) şikayət ediblər. Tələbələrin 86%-i isə bildirib ki, onlar müntəzəm olaraq elektron poçt və sosial şəbəkələrini yoxlayırlar.

Endokrinoloq Robert Lyustiq nəşrə deyib ki, telefon bildirişləri beyni daima stress və qorxu vəziyyətində saxlayır. Bu isə yüksəksəviyyəli koqnitiv funksiyalar (iradə, abstrakt düşüncə, özünü ifadə və metabilik) üçün məsuliyyət daşıyan baş beynin prefrontal qabığının tam gücü ilə  işləməsini dayandırmasına səbəb olur.
 
Emil Hüseynov






12/03/18    Çap et