Marsa sınaq uçuşları növbəti ilə planlaşdırılır
ABŞ-ın “SpaceX” şirkətinin təsisçisi İlon Mask Marsa ilk sınaq uçuşlarını 2019-cu ilə planlaşdırır.
“ICTnews” Elektron Xəbər Xidməti “
Belta” resursuna istinadən yazır ki, Texas ştatının Ostin şəhərində texnologiyalar yarmarkasında çıxış edən şirkət yaradıcısı Marsa sınaq uçuşları 2019-cu ildə baş tutacaq ilk planetlərarası kosmik gəminin inşası barədə söz açıb. Onun sözlərinə görə, söhbət Marsa və əks istiqamətdə qısamüddətli reyslərdən gedir. Bununla yanaşı, “SpaceX” rəhbəri uçuş müddətinin təxirə salına biləcəyini istisna etməyib.
Məlumat verildiyi kimi, bu ilin fevralında “SpaceX” şirkəti Florida kosmodromundan “Falcon Heavy” raketdaşıyıcısının buraxılışını həyata keçirib. Raketdaşıyıcısında İ.Maskın şəxsi “Tesla” avtomobilinin olduğu kapsula quraşdırılıb. Avtomobilin sükanı arxasında kosmik skafandr geyinən maneken əyləşib.
2017-ci ilin sentyabrında Avstraliyada astronavtika üzrə beynəlxalq konqresdə çıxış edən İ.Mask qeyd edib ki, şirkətin yeni raket texnologiyası gələcəkdə təkcə kosmik uçuşlar üçün deyil, eyni zamanda Yerdə nəqliyyat vasitəsi kimi uğurla istifadə oluna bilər. Planetin bir nöqtəsindən digərinə uçuş müddəti 1 saata yaxın olacaq.
Nizam Nuriyev